Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malkom ''Barselona''dan gedir - iki təklif var

Malkom ''Barselona''dan gedir - iki təklif var

Tarix: 30 Iyul 2019 18:32

Malkom "Barselona"dan ayrılmağa yaxındır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu 22 yaşlı hücumçu üçün iki təklif alıb. "Zenit" və "Everton"un braziliyalı oyunçu üçün 40 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilib.

"Barsa"nın ötən mövsüm "Bordo"dan transfer etdiyi Malkomu satacağı yazılıb. Klubun matçlarda çox iştirak etməyən oyunçu üçün göndərilən təklifin hər ikisini qəbul etdiyi vurğulanıb. Hansı kluba gedəcəyi ilə bağlı qərarı Malkomun verəcəyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm 41 milyon avroya La Liqa klubuna transfer olunan Malkom 24 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.

 


Etiketlər:  Malkom Barselonadan gedir təklif


RƏYLƏR