Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 13:36
Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenidən erməni mediasının hədəfinə tuş gəlib. Akopyan qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərkən mühafizəçilər əcnəbi jurnalistə qarşı kobud davranıblar.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, canlı yayıma çıxan ərəb jurnalistin Anna Akopyan keçən yola yaxın dayanması mühafizəçilərin diqqətini çəkib.
"Artıq Ermənistanda canlı yayıma çıxan jurnalistlər məkan seçərkən diqqətli olmalıdırlar ki, ölkə rəhbərliyinin ailəsindən kimsə arxa fonda görünməsin. Əks təqdirdə, kobudluqla üzləşib ərazidən uzaqlaşdırılacaqsınız. Nəzərə alsaq ki, "soyqırımı kompleksi"ndən reportaj hazırlayan əcnəbi - ərəb jurnalist idi, Akopyanın mühafizəçiləri ona daha həssas yanaşmalı idilər. Bir zamanlar diktatorluğa lağ edən Paşinyan indi özü buna doğru gedir", - məqalədə qeyd edilib.