Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AİB Azərbaycana ayrılan kreditin həcmini açıqlayıb

AİB Azərbaycana ayrılan kreditin həcmini açıqlayıb

Tarix: 27 Aprel 2021 14:08

2021-ci ilin əvvəlində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üçün təsdiqlənmiş kredit vəsaitlərinin həcmi 2,68 milyard dolları keçib.

Sonxeber.net bu barədə AİB-in 2020-ci il üzrə hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, həmin məbləğin 2,52 milyard dolları və ya 93,7 faizi artıq müxtəlif layihələrin maliyyələşdirilməsi üçün istifadə olunub. Kredit məbləğinin 168 milyon dolları və ya 6,3 faizi hələlik istifadə olunmamış qalır.

Qeyd edək ki, Azərbaycan üçün ayrılan kredit vəsaitləri bankın ümumi kredit portfelinin 1,44 faizini təşkil edir.

1999-cu ildən bugünədək AİB Azərbaycana 4,4 milyard dollar məbləğində vəsait ayırıb.


Etiketlər:  AİB Azərbaycana ayrılan kreditin həcmini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ