Tarix: 31 Iyul 2019 00:44
"Fənərbaxça" "Bavariya"nın ev sahibliyi etdiyi "Audi Cup" turnirinə biabırçı məğlubiyyətlə başlayıb.Qol.az-ın məlumatına görə, ilk oyunda Münhen klubu ilə qarşılaşan İstanbul təmsilçisi darmadağın olub. Qapısından 6 top buraxan "sarı-lacivərdlilər" bu qollardan yalnız birinin əvəzini çıxa bilib.
Digər matçda isə "Tottenhem" "Real"ı minimal hesabla məğlub edib. Beləliklə, "Bavariya" və "Tottenhem" turnirin finalında, "Fənərbaxça" və "Real" isə 3-cü yer uğrunda oyunda üz-üzə gələcək.
"Audi Cup" turniri
30 iyul
"Bavariya" - "Fənərbaxça" - 6:1
Qollar: R. Sançes, 22 (1:0), L. Qoretska, 28 (2:0), T. Müller, 31 (3:0), 43-penalti (5:0), 58 (6:0), K. Koman, 40 (4:0), M. Kruse, 64 (5:1)