Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' ÇL-in üçüncü təsnifat mərhələsində

''Qarabağ'' ÇL-in üçüncü təsnifat mərhələsində

Tarix: 31 Iyul 2019 22:56

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edib.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb və  3-cü təsnifat mərhələsinə yüksəlib. 

"Qarabağ"  növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Dundalk" isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.



Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 3:0
Qollar:
Xayme Romero, 12, Ailton Silva, 76, Xayme Romero, 87 
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu

 


Etiketlər:  Qarabağ üçüncü təsnifat mərhələsində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ