Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacı Nuran Arif Quliyevdən yazdı - ''Bütün həyatı...'' - FOTOlar

Hacı Nuran Arif Quliyevdən yazdı - ''Bütün həyatı...'' - FOTOlar

Tarix: 28 Aprel 2021 18:45

Aparıcı Hacı Nuran koronavirus xəstəliyinə yoluxan və xəstəxanada həyat mücadiləsi aparan Xalq artisti Arif Quliyev haqqında fikirlərini bölüşüb.

Sonxeber.net sia-ya istinadən xəbər verir ki, o, aktyorun səhhətinin yaxşı olmadığını da xüsusi ilə vurğulayıb: "Sənətkarlar haqqında xəstəlik xəbərlərini eşitməyi heç sevmirəm. Axı biz sənətkarları səhnədə görməyə adət etmişik, xəstə çarpayısında yox. Amma nə edəsən ki, sənətkar da insandır və o da xəstələnir, ağrıyır, həkimə möhtac olur. Bu gün həkimə möhtac olanlardan biri də Xalq artisti Arif Quliyevdir.

Gülüş ustası da dünyanı cənginə alan koronavirus xəstəliyinə yoluxdu. Oğlunun dediyinə görə, aktyorun vəziyyəti ağırdır. Hazırda xəstəxanada olan aktyor süni nəfəs aparatına qoşulub.

Düzü, çox pis oldum. Çünki nədənsə, həmişə mənə elə gəlib ki, Arif Quliyev heç vaxt xəstələnə bilməz. Hər zaman gülməli və güldürməlidir.

Amma möcüzə olacağına inanıram. Çünki Arif Quliyevin bütün həyatı elə möcüzələrdən ibarətdir. Bu dəfə də sağalacaq. Necə deyərlər, bizim sənətkar itirən vaxtımız deyil. Gözəl insan, tez sağal. Sənsiz gülüş sənətini təsəvvür etmirəm. Allah şəfa versin".


Etiketlər:  Hacı Nuran Arif Quliyevdən yazdı Butun həyatı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ