Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 16:44
2021-ci ilin birinci rübündə "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə 5,1 milyard standart kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib.
Sonxeber.net bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.
2020-ci ilin birinci rübündə bu rəqəmlər müvafiq olaraq 4,7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,7 milyon barel) kondensata bərabər idi.
Rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. 31 dekabr 2020-ci il tarixində başlanan Avropa bazarlarına qazın çatdırılması 2021-ci ilin birinci rübündə də davam edib.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.