Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moldovada parlament buraxıldı, yeni seçkilərin vaxtı açıqlandı

Moldovada parlament buraxıldı, yeni seçkilərin vaxtı açıqlandı

Tarix: 29 Aprel 2021 17:48

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə parlamentin buraxılması və 11 iyul üçün erkən seçkilərin elan edilməsi haqqında fərman imzalayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, dövlət başçısının imzaladığı fərman Moldova prezidentinin rəsmi saytında dərc edilib.

"Bir neçə dəqiqə əvvəl parlamentin buraxılması haqqında fərman imzaladım. Seçkilər 11 iyul 2021-ci il tarixinə təyin edilib", - M. Sandu qeyd edib.

Moldova prezidenti əlavə edib ki, yeni seçkilər ölkəni böhrandan çıxarmağa və bütün dövlət qurumlarının vətəndaşların xeyrinə çalışmasına xidmət edəcək.

Xatırladaq ki, martın sonunda M. Sandu parlamentin buraxılması və erkən seçkilərə təşəbbüs hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.


Etiketlər:  Moldovada parlament buraxıldı yeni seçkilərin vaxtı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ