Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taxta peyk 2021-ci ilin payızında orbitə çıxarılacaq

Taxta peyk 2021-ci ilin payızında orbitə çıxarılacaq

Tarix: 29 Aprel 2021 19:32

Taxta peyklərin yarışı başa çatıb. Finlandiyanın "Arctic Astronautics" və "Huld" kosmik şirkətləri dünyanın ilk taxta peykini 2021-ci ilin payızında kosmosa buraxacaq. Taxta peyklər Finlandiyada 2017-ci ildən etibarən hazırlanır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Finlandiya mütəxəssisləri 2020-ci ilin sonunda yaponiyalı mütəxəssislərin oxşar planları barədə elan etdikdən sonra işlərini sürətləndirdi. "WISA Woodsat" missiyasının rəhbəri Yari Myakinen, "Uzun müddətdir ki, kosmik strukturlarda ağacın istifadəsini araşdırırıq və kosmosa buraxmaq üçün peykimiz var", - deyə qeyd edib. Press-relizdə qeyd edildiyi kimi, Finlandiya ağacından hazırlanmış peyk yayda orbitə buraxıla bilərdi, ancaq bürokratik problemlər səbəbindən buraxılış təxirə salındı. Ağacın xüsusiyyətləri yaxşı araşdırılıb. Avropa Kosmik Agentliyinin Kosmik Materiallar Laboratoriyası tərəfindən təqdim olunan bir sıra miniatür sensorlar sayəsində, kosmosda araşdırmalar davam edəcək.

Milli.Az


Etiketlər:  Taxta peyk 2021 ci ilin payızında orbitə çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ