Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 10:50
Peyvəndin qalxanabənzər vəzi, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə əks təsiri yoxdur. Şəkər göstəriciləri normada olmayan şəxslər müalicə ilə onu normaya saldıqdan sonra peyvənd oluna bilərlər.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Vüsalə Babayeva deyib. O bildirib ki, həkimlər peyvənddən əvvəl həmin şəxsləri müayinə etməlidir:
"COVİD-19 endokrin sistemdə bir çox dəyişikliklərə səbəb olur. Yəni əvvəllər heç bir qalxanabənzər vəzi xəstəliyi olmayan şəxslər yoluxduqdan sonra hormonların yüksəkliyi şikayəti ilə müraciət edir. Həmçinin şəkərli diabet olmayan şəxslərdə də virusdan sonra yüksək şəkər şikayət ilə müraciət edir".
V. Babayeva onu da qeyd edib ki, həkim məsləhəti olmadan, özbaşına "deksametazon" istifadə edilməsinin ciddi əks təsirləri olur:
"Bu preparatı xəstəliyi yüngül keçirənlər istifadə etməməlidirlər. Çünki o, qanda şəkəri yüksəldir və nəticədə sonradan endokrin sistemdə xəstəliklər yarana bilir. "Deksametazon" düzgün istifadə etdikdə isə problem qeydə alınmır".