Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 17:56
Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib.
Bu barədə Sonxeber.net-a DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, hazırda həbs olunan yoxdur: "Xəbər verildiyi kimi, artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq".