Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yumurtalıqların inkişaf anomaliyaları

Yumurtalıqların inkişaf anomaliyaları

Tarix: 1 May 2021 08:33

Ana bətnində inkişaf dövründə döldə yumurtalıqların inkişafının patologiyalarından biri yumurtalıqların asimmetriyasıdır. Bu zaman yumurtalıqların birinin ölçüsü və funksiyası digərindən üstün olur. Bu qanunauyğunluq reproduktiv yaş dövründə də qorunub saxlanılır. Bu məsələnin kliniki əhəmiyyəti ondan ibarətdir ki, qadınlarda sağ yumurtalıq çıxarılandan sonra menstural funksiyanın pozulması və neyroendokrin pozulmalar tez-tez baş verir. Birtərəfli normal yumurtalığın olmaması anormal uşaqlığı olan qadınlarda rast gəlinir.
Anormal yumurtalıqlar bəzən özlərinə xas olmayan yerlərdə, məsələn, qasıq kanalında yerləşirlər.
Diaqnoz - Yumurtalıqların inkişaf anomaliyası cinsi yetkinlik və qadının həyatının reproduktiv dövründə aşkarlanır. Xəstəliyin əsas və yeganə simptomu menstural funksiyanın kəsilməsi və ya bir-neçə aydan bir olmasıdır. Xəstəlik əsasən ikincili amenoreya ilə nəticələnir.


Etiketlər:  Yumurtalıqların inkişaf anomaliyaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ