Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2021 21:40
Müğənni Özcan Deniz qarşılıqlı şiddət və vəlayət davası açdığı keçmiş xanımı Feyza Aktan haqqında qalmaqallı sözlər deyib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı onu oğlunu qaçırmaqda günahlandıran Feyzanı xəstə adlandırıb. O bildirib ki, keçmiş arvadının psixoloji problemləri var.
Özcan Aktanın on gündür oğlunu ona göstərmədiyini bildirib. 3 yaşındakı Kuzey ad günün tək qeyd edən Özcan "Bənzər halda olanlar, medea kompleksini internetdən araşdırıb oxusunlar. Türkiyə bu xəstəliyi olanların ucbatından qüsurlu uşaqlar ölkəsi oldu" sözlərini deyib.