Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 17:52
"Barselona"nın hücumçusu Malkom "Zenit"ə keçir.
Qol.az-ın "Sky Sport İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, klublar artıq braziliyalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. 22 yaşlı forvardın avqustun 2-də Sankt-Peterburqa gedib, tibbi müayinədən keçəcəyi bildirilir. "Zenit"in Malkoma görə Kataloniya təmsilçisinə 40 milyon avro təzminat ödəyəcəyi iddia olunur.
Qeyd edək ki, ötən ilin yayında "Bordo"dan "Barselona"ya keçən Malkom ispan klubu ilə 5 illik müqavilə bağlamışdı.