Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yadplanetli peyda oldu, sakinlər QORXUYA DÜŞDÜ - FOTO

Yadplanetli peyda oldu, sakinlər QORXUYA DÜŞDÜ - FOTO

Tarix: 3 May 2021 19:54

Boliviyanın Santa-Krus şəhərinin Monteaqudo məhəlləsinin sakinləri şəhərin küçələrində dolaşan yadplanetlini təsvir ediblər.

Milli.Az "Daily Star"a istinadla xəbər verir ki, naməlum canlının əllərində üç barmaq olub. Sakinlərin sözlərinə görə, çupakabranın (heyvanların qanını sormaqla yaşayan mifik canlı) iri gözləri olmasına rəğmən, o, kor təəssüratı bağışlayıb.

​Yerli Radio Mitre-nin verdiyi məlumata görə, naməlum canlı peyda olmamışdan əvvəl səmada gurultu səsləri eşidilib, daha sonra isə işıq haləsi və parıldayan üç obyekt peyda olub. Naməlum canlının bir müddət şəhərin küçələrində dolaşdıqdan sonra gözdən itdiyi qeyd olunur.

Xatırladaq ki, ötən ilin oktyabr ayında İngiltərənin Nort-Devon yaşayış məntəqəsinin Vulakomb çimərliyində yeri sakinlər müəmmalı dəniz canlısını müşahidə edərək təşvişə düşüblər. (publika.az)

Milli.Az


Etiketlər:  Yadplanetli peyda oldu sakinlər QORXUYA DÜŞDÜ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ