Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 22:20
Tədqiqatçılar əvvəllər oturaq orqanizmlər olduğu düşünülən dəniz süngərlərinin hərəkətini ilk dəfə qeyd edib. Alimlər pilotsuz sualtı hərəkət aparatından istifadə edərək Şimal Buzlu okeanındakı sualtı dağın Lanqset hissəni araşdırıb.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, tədqiqatçılar dəniz süngərlərinin arxada buraxdığı izlərini tapıb. Onlar dənizin dibinə yapışaraq, suda süzən çoxhüceyrəli heyvanlardır. Bu canlılar toxumalara və orqanlara malik deyil, onlar bədənin daxili kanallarından suyu keçirən müxtəlif hüceyrələrdən ibarətdir. Süngərlərin açılıb-yığılması hesabına hərəkət edə bilmələrinə dair dəlillər var. Bu onlara əlverişsiz ətraf mühit şəraitinin qarşısını almağa, qida olan yerləri tapmağa və çoxaldıqdan sonra yerdəyişməyə imkan verir.