Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 11:12
“Counterpoint Technology Market Research” şirkəti hesablama apararaq 2020-ci ildə dünyada mobil aparatların (smartfon və mobil telefonlar) istehsal həcminin 16 faiz azalmasını açıqlayıb. Bu, dünyanın əksər regionlarında pandemiya və iqtisadi çətinliklərlə izah olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bütün mobil aparatların təxminən 68 faizi Çində istehsal edilib. Təxminən eyni göstərici bir il əvvəl qeydə alınıb.
Məlumata görə, pandemiya səbəbindən smartfon istehsalçıları istehsalın Çindən digər regionlara – Hindistan və Vyetnama köçürülməsini yubadıblar.
Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, Vyetnamda istehsal olunan mobil aparatların təxminən 70 faizi “Samsung” şirkətinin payına düşür. Bununla yanaşı, ötən ilin yekunları üzrə “Samsung” smartfonlarının ümumi buraxılış həcmi 18 faiz azalıb.
Hindistanda istehsala gəldikdə, burada koronavirusla əlaqədar məhdudlaşdırıcı tədbirlər səbəbindən mobil aparatların istehsalı illik hesablamada 19 faiz aşağı düşüb.
Analitiklər həmçinin qeyd edir ki, ötən il “Huawei” şirkətinin dünya smartfonlar bazarında payının kəskin azalması ilə əlamətdar olub. Bu, ABŞ tərəfindən tətbiq edilən sərt sanksiyalarla izah edilir. Bu vəziyyətdən digər mobil aparat istehsalçıları, xüsusilə “Xiaomi” şirkəti faydalanıb.
Nizam Nuriyev