Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 11:54
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Türkiyə XİN başçısı mayın 6-da Almaniyaya gedəcək.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və Aİ-Türkiyə arasındakı əlaqələr müzakirə olunacaq.