Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 12:30
"IBM" şirkətinin bölməsi "IBM Research"ün mühəndisləri dünyada 2 nanometrlik (nm) texnoloji proses üzrə ilk çip hazırlayıblar. Bu barədə "IBM"in saytında yazı dərc edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "newsru.com" saytına istinadən yazır ki, korporasiyadan verilmiş məlumata görə, dırnaq ölçüsündə olan yeni çipdə 50 milyard 2 nm-lik tranzistor (müqayisə üçün insan saçının qalınlığı 50-80 min nm təşkil edir) yerləşdirilib. Yeni arxitektura eyni enerji istehlakıı vaxtı müasir 7 nm-lik çiplərlə müqayisədə 45% daha məhsuldardır. Yeni çip isə 75% daha az enerji sərf etməklə eyni məhsuldarlığı təmin edir.
Həmçinin şirkətin rəsmiləri bildiriblər ki, mobil qurğuların 2 nm-lik çiplərə keçidi onların avtonom işləmə vaxtının 4 dəfəyədək artmasına gətirib çıxara bilər. Yeni çiplərlə təchiz ediləcək noutbuk və kompüterlər daha sürətli işləyəcək, 2 nm-lik çiplərin sürücüsüz idarə olunan nəqliyyat vasitələrində tətbiqi isə onların sistemlərinə maneələri daha sürətli tanımağa və onlara reaksiya verməyə imkan verəcək. Həmçinin yeni çiplər kvant kompüterləri sahəsində tətbiq edilə bilər.
"IBM" korporasiyası yeni nəsil çiplərin bazara çıxarılma müddətini açıqlamayıb. İndi şirkət 7 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk çiplərini təqdim etməyə hazırlaşır. "Power Systems" serverləri bu çiplərlə təchiz ediləcək.
Emil Hüseynov