Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 10:45
Kişi cinsinin nümayəndələrində dəmir çatışmazlığı anemiyası onkoloji xəstəliklərin simptomu ola bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur aparıcı və həkim Aleksandr Myasnikov xəbərdarlıq edib.
O, qadınlardan fərqli olaraq kişilərdə qan itkisinin yalnız mədə-bağırsaq traktından zədələnmələrdən qaynaqlana biləcəyi üçün aşağı hemoqlobinli kişilərin dərhal həkimə müraciət etmələri lazım olduğunu vurğulayıb.
Myasnikov belə problemi olan kişiləri həmçinin qastroskopiya və kolonoskopiya etdirməyə çağırıb. Onun sözlərinə görə, bu xora, polip və ya xərçəng xəstəliyini vaxtında müəyyən etməyə imkan verər.