Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2021 09:48
Hindistandakı həkimlər ölkədə "mukormikoza" adlanan nadir və aqressiv göbələk infeksiyasının yayıldığını bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, "mukormikoza" ən çox nəm otaqlarda, səthlərdə, torpaqda, bitkilərdə, çürüyən tərəvəz və meyvələrdə nadir rast gəlinən göbələk sporudur.
Mütəxəssislər bildirib ki, bu infeksiya tənəffüs vasitəsilə insanlara keçə bilir: "Bu infeksiya beynə, ağ ciyərlərə təsir edir. Şəkərli diabet, xərçəng xəstələri və ya HİV, QİÇS kimi ağır immun çatışmazlığı olan insanlar üçün həyati təhlükə yarada bilər".
İnfeksiyanın meydana gəlməsi isə koronavirusun müalicəsində istifadə edilən steroidlə əlaqələndirilir.
Hindistanlı mütəxəssislər, bu səbəbdən ümumi ölüm nisbətinin 50 faizə çata biləcəyini açıqlayıblar.