Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran milli peyvənd istehsalına başlayıb

İran milli peyvənd istehsalına başlayıb

Tarix: 11 May 2021 20:40

Əlborz vilayətində İran milli "COV-İran Barəkət" peyvəndinin kütləvi istehsalına başlayıb. İstehsal prosesindən əvvəl xüsusi fabrik qurulub və lazım olan avadanlıqlarla təmin edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu layihənin müəllifi Rza Mərcari jurnalistlərə bildirib ki, ilkin mərhələdə ay ərzində 3 milyon doza peyvənd istehsal olunacaq. İkinci istehsal xətti istismara verildikdən sonra isə ay ərzində 14 milyon doza peyvənd istehsal ediləcək. Onun sözlərinə görə, iyun ayından başlayaraq əhali "COV-İran Barəkət"lə təmin ediləcək və peyvənd vurulmasına başlanacaq.

Milli peyvənd istehsalı üçün layihəni İmam Xomeyninin vəsiyyətlərinin icraçısı təşkilatı hazırlayıb və maliyyə dəstəyi göstərib.

Bu arada isə İranın Səhiyyə Nazirliyi koronavirus infeksiyasının yayılması barədə məlumat verib. Verilən məlumata əsasən son 24 saat ərzində İranda 18 min 133 nəfər virusa yoluxub, 307 nəfər isə vəfat edib. Beləliklə İranda yoluxanların ümumi sayı 2 milyon 691 min 352 nəfərə, yoluxaraq ölənlərin sayı isə 75 min 568-ə çatıb. Müalicəsi davam edən 5522 xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır. Bununla yanaşı 2 milyon 144 min 197 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb.

İranda koronavirus pandemiyasının 4-cü dalğası davam edir. Eyni zamanda, gündəlik ölüm sayında tədricən azalma müşahidə olunur.


Etiketlər:  İran milli peyvənd istehsalına başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ