Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Toshiba Fire TV Edition” televizor seriyası buraxılıb

“Toshiba Fire TV Edition” televizor seriyası buraxılıb

Tarix: 13 May 2021 22:16

"Toshiba" şirkəti "Fire TV" funksiyalı "Fire TV Edition" smart televizorlarının yeni seriyasını buraxıb. 43 və 50 düymlük modellər müvafiq olaraq 350-470 dollara "Amazon" və "Best Buy" internet mağazalarında satışa çıxarılıb. Satışa çıxarılma tarixi barədə məlumat verilməsə də, söhbətin gələn həftədən getdiyi ehtimal olunur. Gələcəkdə televizorların 55, 65, 75 düymlük versiyalarının satışa çıxarılması planlaşdırılır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əvvəlki "Toshiba" televizor modellərindən fərqli olaraq yeni qurğular daha nazik panellərə, eləcə də əlavə "HDMI" və "USB" portlarına malikdir. Yeni "Toshiba Fire TV Edition" "ağıllı" televizorları "Regza Engine" prosessoru üzərində işləyir, "4K" (3840 × 2160 piksel) formatını, eləcə də "Dolby Vision" və "HDR10" texnologiyalarını dəstəkləyir.

Məlumata görə, yeni "Toshiba" modelləri "Amazon Fire OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

"AFTVnews" resursunun məlumatına görə, əvvəlcə "Toshiba Fire TV Edition" televizorları köhnə "Fire TV" interfeysi ilə tədarük ediləcək, lakin bu yay onların altıyadək istifadəçi profili dəstəyinə malik yenilənmiş interfeyslə təchiz ediləcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Toshiba Fire TV Edition televizor seriyası buraxılıb


RƏYLƏR