Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 17:56
"Barselona"nın futbolçusu Luis Suares komandanın yeni transferi Antuan Qrizmanna soyuq münasibət göstərib.
Qol.az-ın "Cuatro"ya istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu məşq zamanı Qrizmanna fikir verməyib, onun tərəfə heç baxmayıb.
Nəşr yazıb ki, Suaresin fransalı hücumçuya qərəzi DÇ-2018 zamanı yaranmış ola bilər. Belə ki, 28 yaşlı oyunçu mundialın 1/4 finalında Uruqvay millisinə vurduğu qoldan sonra bu ölkədən olan dostlarına hörmət əlaməti olaraq sevinməyib. Suares isə həmin vaxt bu hadisəyə belə şərh verib: "Qrizmann fransalıdır və uruqvaylı olmağın nə olduğunu və bizim kim olduğumuzu bilmir".
Qeyd edək ki, Qrizmann ötən ay "Barselona" ilə 5 illik müqavilə imzalayıb.