Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 14:06
Rusiya və NATO ölkələri arasında münasibətlərin normallaşması hazırda mümkünsüzdür.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO Parlament Assambleyasının üzvü Brendan Boyl deyib.
"Mövcud vəziyyətdə ittifaq Rusiyaya qarşı strateji dayanlıqlığı təmin etmək üçün mümkün olan hər şeyi etməlidir. Müttəfiq və partnyorların milli mənafelərini "Rusiya ilə dialoqu yenidən başlatmaq" eyforiyasına qurban vermək olmaz!" - deyə Boyl bildirib.
Diplomat əlavə edib ki, Rusiyanın xarici siyasətini yaxın gələcəkdə dəyişdirmək mümkünsüz görünür.