Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 21:00
Sosial şəbəkələrdə qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülərdəki şəxslər polis tərəfindən müəyyən edilib.
Milli Az bildirir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib: "Qeyd olunan hadisə mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb."Volksvagen" markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər. Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir".