Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp və Putin arasında telefon danışığı olub

Tramp və Putin arasında telefon danışığı olub

Tarix: 2 Avqust 2019 02:20

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblə.

Qeyd edilir ki, Ağ Evin həyətindən jurnalistlərlə söhbət edən D.Tramp bildirib ki, o, V.Putin ilə Rusiyadakı meşə yanğınlarını müzakirə edib və yanğınlarla mübarizədə ABŞ tərəfinin köməyini təklif edib.

ABŞ prezidenti qeyd edib ki, Rusiya prezidenti ilə telefon danışığı qısa, lakin konstruktiv olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tramp Putin arasında telefon danışığı olub


RƏYLƏR