Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur məşqçinin qızı ilə sevgili olan futbolçu kimdir? - FOTOlar

Məşhur məşqçinin qızı ilə sevgili olan futbolçu kimdir? - FOTOlar

Tarix: 17 May 2021 17:14

Totenhem"in futbolçusu Dele Alli özünə yeni sevgili tapıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu yaxınlarda model Rubi Mae tərəfindən tərk edilən "Tottenhem"in yarımmüdafiəçisi çox keçmədən boşluğu doldurub.

Maraqlısı ondadır ki, 25 yaşlı orta sahə oyunçusunun yeni sevgilisi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın qızı 20 yaşlı Mariya Qvardioladır.

Cütlük Londondakı bir restoranda səmimi şəkildə görüntülənib, hətta diqqətlər üzərlərində olmasına baxmayaraq, öpüşməkdən də çəkinməyiblər.

Dele Alli 5 il Rubi Mae ilə sevgili olsa da, futbolçu kompüter oyunlarına daha çox vaxt ayırdığı üçün model onu tərk etmişdi.

Milli.Az


Etiketlər:  Məşhur məşqçinin qızı ilə sevgili olan futbolçu kimdir FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ