Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 19:40
Müğənni Günel Zeynalova "Zaurla Günaydın" proqramının qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi barışıqlardan danışıb. Veriliş zamanı aparıcı Zaur Baxşəliyev "Barışa-barışa gedirsən" sözlərini ünvanlayıb.
Günel "Heç kimlə barışmıram. Qəlbimizi qıranları bağışlamaq lazımdır. O dünyada qarşılaşmaq istəmirsənsə, bu dünyada halallığını ver. Heç kimlə küsülü deyiləm. İnşallah, olmaram da. Qəlbimi qıranı Allaha həvalə edirəm" sözlərini söyləyib.
Günel daha sonra sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən söz açıb. O bildirib ki, bu yaxınlarda Rusiyada yaşayan bir azərbaycanlını polisə şikayət edib:
"Girib şərhləri oxuyuram. Fikirləşirəm ki, məni tanımayanın necə belə fikri ola bilər? Oturub bir qıza yazdım ki, məni tanıyırsan? Dedim, səni Allaha tapşırıram. Bu yaxınlarda bir oğlan yazmışdı. Moskvadan idi, apardılar həyatı başa saldılar. Üzr istədi ki, səhv etmişəm. Cəsarətin varsa, keç o sözləri qarşıma üzümə de. Yazır ki, zəhləm gedir. Fikirləşirəm ki, nə etmişəm ona?".