Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırx ildir tikilib, bəzək kimi 5 minə yaxın çini qabdan və çayniklərdən istifadə olunub - Gəncənin ''çaynikli ev''i - FOTO

Qırx ildir tikilib, bəzək kimi 5 minə yaxın çini qabdan və çayniklərdən istifadə olunub - Gəncənin ''çaynikli ev''i - FOTO

Tarix: 17 May 2021 21:34

Gəncənin Sadılı qəsəbəsi ətrafında yerləşən "çaynikli ev" öz xarici görünüşü ilə yerli sakinlərin və qonaqların diqqətini cəlb edir.

Sonxeber.net xəbər verir ki, ev sakinlərindən olan Dürdanə Ələsgərova AZƏRTAC-a bildirib ki, evin keçmiş sahibi 1970-1980-ci illərdə Gəncə Çini Qablar Zavodunda çalışıb. O, istehsal prosesində yararsız məhsullardan istifadə edərək, evin xarici görkəmini çini qablar və rəngli çayniklərlə bəzəyib.

"20 ildən çoxdur ki, bu evdə yaşayırıq. Əvvəllər həm şəhər sakinləri, həm də turistlər bura böyük maraq göstərirdilər. Bəziləri elə bilir ki, ev bütövlükdə çini qablardan inşa edilib. Ancaq elə deyil, ev kərpicdən tikilib, sonra isə bu qablar üzərinə hörülüb," - deyə ev sakini qeyd edib.

"Çaynikli ev"in ərsəyə gəlməsində 5 minə yaxın müxtəlif bəzəkli çini qabdan və çayniklərdən istifadə olunub. Artıq 40 ilə yaxındır ki, inşa edilən qeyri-adi tikilini zaman keçdikcə qoruyub saxlamaq da çətinləşib.

Dürdanə Ələsgərova deyir ki, əllərindən gəldiyi qədər qırılan, tökülən hissələri bərpa etməyə çalışırlar: "Bacardığımız qədər dağılan yerləri yenidən hörür, düzəldirik. Ancaq tam bərpa etməyə imkanımız çatmır".


Etiketlər:  Qırx ildir tikilib bəzək kimi minə yaxın çini qabdan çayniklərdən istifadə olunub Gəncənin çaynikli FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ