Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 11:35
Rusiyalı fiqurlu konkisürən Alyona Kostornaya mövsümlərarası fasilədə istirahət üçün Kubaya yollanıb.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, 2020-ci ildə Avropa çempionu olan idmançı istirahətdən açıq-saçıq şəkilləri ilə pərəstişkarlarının gözünü oxşayıb.
Çimərlik geyimində və ağ köynəkdə olan Alyonanın fotosu fanatlarını daha çox marağına səbəb olub.
2020-ci ilin yayından Yevgeni Plyuşenkonun qrupunda çalışan Alyona bu ilin martında Eteri Tuqberidzenin rəhbərliyi altında çalışır.
2019-cu ildə Qran-Prinin finalında qalib olan Kostornaya Rusiya çempionatlarında bir gümüş və iki bürünc medalın sahibidir.