Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 19:00
Vyanada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) nəzdindəki "Aybalam" uşaq qrupunun üzvləri "YAŞAT" xeyriyyə marafonuna qatıldıqlarını bəyan ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "AZER-DER"in sədri Yardım Günəş bildirib ki, "Aybalam"çılar topladıqları vəsaitlərini Vətən müharibəsində canından və qanından keçən şəhid və qazilərin ailələrinin dəstəklənməsi məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdikləri "YAŞAT" xeyriyyə marafonuna ianə ediblər. "Özümüz üçün topladığımız pulları sevə-sevə "YAŞAT" marafonuna bağışlayırıq. Səninləyik, Can Azərbaycan!, Yaşasın Azərbaycan!", - deyə qrup üzvləri bildiriblər.