Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 13:20
“Qarabağ”ın iki sabiq futbolçusu Türkiyə birinci liqasında yarışan “Akhisarspor”un maraq dairəsinə düşüb.
Qol.az-ın xəbərinə görə, bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda klub hücumçu axtarışındadır. Siyahıda Kennedi İqboananike, eləcə də Ağdam klubunda forma geyinmiş İnnosent Emeqara və Raydel Pupponun adı var. Bu üç oyunçudan birinin “Akhisarspor”a transferi gözlənilir.
Xatırladaq ki, “Qarabağ” Emeqara ilə 2018/19 mövsümünün sonu yolları ayırıb. Raydel Puppon isə 2015/16 mövsümündə Ağdam klubunda çıxış edib.