Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abuzər Ələkbərov vəfat etdi

Abuzər Ələkbərov vəfat etdi

Tarix: 20 May 2021 13:38

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Azərbaycanda arxeoloji abidələrin toplusu" sektorunun rəhbəri Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tarix üzrə fəlsəfə doktoru olan A. Ələkbərov bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb.

O, 20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri olub.

Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Abuzər Ələkbərov "Tərəqqi" medalı ilə təltif edilib.


Etiketlər:  Abuzər Ələkbərov vəfat etdi


RƏYLƏR