Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 07:28
Amerikalı məşhur müğənni Ledi Qaqa keçmişi ilə bağlı diqqətçəkici açıqlamalar verib.
O, bu barədə "The Me You Can't See" proqramında danışıb.
35 yaşlı "Oscar" və "Grammy" mükafatlarına layiq görülən müğənni prodüser tərəfindən zorlandığını deyib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, 2014-cü ildə təcavüzə məruz qadığını açıqlasa da, ilk dəfə yaşadıqları barədə bu qədər açıq danışıb.
Məşhurun sözlərinə görə, həmin şəxs onu aylarla studiyada bağlı saxlayıb və dediklərini etməzsə, mahnıların səsyazmalarını yandırmaqla hədələyib, onu zorlayaraq hamilə vəziyyətdə küçəyə atıb.
"İllərlə əvvəlki qız olmadım. Özümə xəsarət yetirirdim. Elə bilirdim ki, bunu başqası görsə, yaxşı olacağam. Ancaq bu bir işə yaramır. Ona görə də, belə vəziyyətdə olanlara deyirəm ki, insanlara nəsə göstərməyin, onlara nə hiss etdiyinizi deyin", - deyə o aldığı travmalardan uzun müddət özünə gəlmədiyini bildirib.