Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Boko Haram”ın lideri öldürülüb

“Boko Haram”ın lideri öldürülüb

Tarix: 22 May 2021 08:50

Nigeriya xüsusi xidmət orqanları tərəfindən terrorçuların son 72 saat ərzində dinlənilən danışıqları belə deməyə əsas verir ki, "Boko Haram" qruplaşmasının rəhbəri Əbubəkir Şekau öldürülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, terrorçunun mayın 19-da Nigeriyanın şimal-şərqində İŞİD qüvvələrilə gedən döyüşlər zamanı həlak olduğu bildirilib.

Kəşfiyyat xidmətindən yayılan xəbərlərə görə, Şekaunun ölümünün canlı şahidləri də mövcuddur.

Terrorçu liderin öz iqamətgahında İŞİD-çilər tərəfindən mühasirəyə alındığı və təslim olmaqdan imtina etdiyi qeyd olunub.

Xatırladaq ki, bunadək Nigeriya xüsusi xidmətləri artıq dörd dəfə Şekaunun öldürüldüyünü bəyan edib.

Milli.Az


Etiketlər:  Boko Haramın lideri öldürülüb


RƏYLƏR