Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra başçısının iki nümayəndəsinə cinayət işi başlanıldı - Rüşvət

İcra başçısının iki nümayəndəsinə cinayət işi başlanıldı - Rüşvət

Tarix: 22 May 2021 09:44

Lənkəranda İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə iki nümayəndəsi barəsində cinayət işi başlanılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Şürük kənd üzrə icra nümayəndəsi Köçəriyev Faiq Qüdrət oğlu və Vilvan kənd üzrə icra nümayəndəsi Yusubov Ağayar İzzət oğlu rüşvət almaqda təqsirli bilinirlər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onlar barəsində olan cinayət işinin istintaqı başa çataraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.


Etiketlər:  İcra başçısının nümayəndəsinə cinayət işi başlanıldı Rüşvət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ