Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 12:44
"Ermənistanın şimalını cənuba başlayan magistral və bu magistralın üzərində hakimlik edən 1777.1 m və 1678.7 m nişanlı adsız yüksəkliklər Tiqranaşendən (Kərki-red.) keçir".
Milli.az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan "Telegram" kanalında yazıb.
"Yeni kapitulyasiya sənədinin həyata keçirilməsi ilə Voskepar kəndi Azərbaycanın maşası altına düşəcək və ermənilərdən boşaldılacaq, Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolu Azərbaycanın nəzarəti altına keçəcək.
Ermənistan-İran dövlətlərarası yolunun faktiki olaraq Azərbaycanın nəzarəti altında olduğunu xatırlasaq, Ermənistan nəhayət türk dünyasının ağzına düşəcək", - deyə o qeyd edib.