Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 13:30
"Dəfələrlə boşanmaq istəmişəm. Ciddi yox, amma söz-söhbət o həddə gətirib. Bir-birimiz anlayırıq, amma müəyyən qısqanclıqlar yaşanır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Onun sirri" proqramında deyib. O, həyat yoldaşının qısqanclıqlarından bəhs edib:
"Daha çox geyim üstündə olur. Bəzi geyimlərə qarşı çox ciddidir. Düzdür, mən çox açıq, qısa geyinmirəm. Səhnə adamıyam, bəzi paltarlar olur ki, geyinmək istəyirəm. Dar şalvarları sevmir. Bir də mediada çıxan xəbərlərə görə əsəbiləşir".