Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 14:04
Həftəsonları ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.
Sonxeber.net xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.
Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:
"Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".