Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu şəhidimiz də Vətən müharibəsində böyük rəşadət nümayiş etdirib - VİDEO

Bu şəhidimiz də Vətən müharibəsində böyük rəşadət nümayiş etdirib - VİDEO

Tarix: 26 May 2021 12:10

12 yaşında anasını itirdi, atasının doğum günündə şəhidlik zirvəsinə yüksəldi...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhid Ceyhun Səfərov 1995-ci il, iyunun 12-də Lerik rayonunun Cənginəvud kəndində anadan olub.

2013-cü ildə hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərdə iştirak edib. Atasına "yağı düşməndən qisas almamış ürəyim rahatlıq tapmaz" deyib. Telefon danışığı zaman irəli getdiklərini, qələbəyə hər gün bir az da yaxınlaşdıqlarını bildirib.

Şəhid Ceyhun Səfərov Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib. Oktyabrın 20-də  Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ceyhun Səfərov anadan olduğu Lerik rayonunda anasının yanında dəfn edilib. Ölümündən sonra "Cəbrayılın azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bu şəhidimiz Vətən müharibəsində böyük rəşadət nümayiş etdirib VİDEO


RƏYLƏR