Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

4 mindən artıq cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəmələrə göndərilib

4 mindən artıq cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəmələrə göndərilib

Tarix: 26 May 2021 13:30

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, bu günün rəqəmi isə 4002-dir.

Belə ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində respublika ərazisində fəaliyyət göstərən istintaq qurumları tərəfindən istintaqı yekunlaşdırılmış 4002 cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.​

Milli.Az


Etiketlər:  4 mindən artıq cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəmələrə göndərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ