Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovun oğlu millimizə qələbə qazandırdı

Qurban Qurbanovun oğlu millimizə qələbə qazandırdı

Tarix: 26 May 2021 23:12

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Ukraynanın U-21 yığması ilə qarşılaşıb.

Kiyevdə, "Bannikov" stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının vurduğu qol komandamıza bu oyunda qələbə qazandırıb.

Azərbaycan yığması turnir çərçivəsində sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.

Valeri Lobanovskinin xatirə turniri
26 may

Ukrayna - Azərbaycan 0:1
Qol: Musa Qurbanlı, 17.

Milli.Az


Etiketlər:  Qurban Qurbanovun oğlu millimizə qələbə qazandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ