Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 10:46
Revanşist addımlar Ermənistanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,bunu millət vəkili Ramil Həsən deyib.
O qeyd edib ki, Ermənistanın atdığı təxribat xarakterli addımlar iyunun 20-də keçiriləcək parlament seçkiləri ilə əlaqədardır və şou xarakteri daşıyır. Onlar ötən 30 ildə də ancaq şou göstəriblər. Ermənistanın "güclü ordu" mifi 44 günlük müharibə zamanı iflasa uğrayıb. Bu revanşist addımlar da Ermənistanı yox olmaq təhlükəsi ilə üz-üzə qoyur.
Ramil Həsən bildirir ki, Azərbaycan sülh və bölgədə təhlikəsiziliyin təmin olunmasının, əməkdaşlığın tərəfdarıdır. Normal əməkdaşlıq qurmaq istəyən bir dövlət münasibətlərə zərər verəcək addımlar atmamalıdır. Ermənistanın hərəkətləri isə bunun əksini göstərir.
Millət vəkili qeyd edir ki, təxribatlar və revanşist addımlar davam edərsə, onlar üçün ən böyük fəsad "Dəmir yumruğ"un yenidən başlarına dəyməsi olacaq.
44 günlük Vətən müharibəsindən sonra daha da acınacaqlı vəziyyətə düşən, siyasi, sosial-iqtisadi böhrana düçar olan Ermənistan təxribatlarını yığışdırmasa növbəti "Dəmir yumruq"la tamamilə məhv olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: