Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 00:42
BMT Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın beş ildə rekord isti gözlənilir.
Sonxeber.net xəbər verir ki, bu barədə "Axios" xəbər verir.
Təşkilatın xəbərinə görə, 2021-2025-ci illər arasında azı bir ilin "ən isti" olmaq şansı 90 %-dir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40 % ehtimalla 1,5°C üstələyəcək.
ÜMT baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.