Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fermerlərin ixrac problemi - VİDEO

Fermerlərin ixrac problemi - VİDEO

Tarix: 29 May 2021 00:32

Rusiya bazarlarına ixracda məhdudiyyətlər aradan qalxdı

Milli.Az Real TV-ə istinadən bildirir ki, Azərbaycan fermerlərinin məhsullarının qiymətinin aşağı olması üzündən zərər çəkməsi Rusiya bazarlarında qoyulan məhdudiyyətlərlə bağlı idi. Bu barədə REAL-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəziin direktoru Firdovsi Fikrətzadə bildirib.

Aqrar Tədqiqatlar Mərkəziin direktorunun sözlərinə görə, Azərbaycan fermerlərinin ənənəvi olaraq işlədiyi bu bazarda çətinliklər yeni şərtlərlə bağlıdır.

Firdovsi Fikrətzadə rəhbərlik etdiyi mərkəzdə Bakının bazarlarında və regionlarda aqrar məhsulların qiymətinin daimi izləndiyini bildirir. Əldə edilən məlumatlar qurumun mütəmadi olaraq yenilən informasiya portalına - "aqrarbazar.az"a daxil edilir. Yəni hökumət bazarları daimi nəzarətdə saxlayır ki, qiymətlərdə kəskin titrəmələr olmasın.

Milli.Az


Etiketlər:  Fermerlərin ixrac problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ