Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 10:38
Şəmkir rayonunda 41 yaşlı qadın özünü ağacdan asaraq intihar edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.
Şəmkir rayon sakini, 41 yaşlı Samirə Quliyeva yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.
İlkin məlumatlara görə, qadın oğlu ilə mübahisə edib və daha sonra özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.