Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 20:44
Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə vəfat edib.
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, səfirin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
A. Beştanın meyiti səhər saat 05.30 radələrində otelin nömrəsində aşkarlanıb. Oğlu atasının dünən özünü yaxşı hiss etdiyini, saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini bildirib.
Diplomatın meyiti ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Banqkokdakı hospitala göndərilib.
Qeyd edək ki, 45 yaşlı A. Beşta 2015-ci ilin noyabrında Tailanda səfir təyin edilib. Bundan əvvəl diplomat karyerası ərzində BMT və digər beynəlxalq təşkilatlardakı Ukrayna nümayəndəliklərində, o cümlədən Ukraynanın Tailanddakı səfirliyində məsləhətçi kimi çalışıb.