Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 13:50
Moskva vilayətində bir ailənin dörd üzvü qətlə yetirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Moskva ətrafında yerləşən Şolkovo rayonunda baş verib.
Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş idarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiy bildirib ki, Şolkovo rayonunda yerləşən çoxmərtəbəli binada yerləşən mənzildə dörd nəfərin meyiti tapılıb.
Onun sözlərinə görə, 40 yaşlı qadın, 17 və 11 yaşlı uşaqların meyitlərinin üzərində kəsilmiş-deşilmiş yaralar olub, 42 yaşlı kişinin meyitinin üzərində isə görünən zədələr aşkar olunmayıb.
Kişinin meyitinin yanında sirkə turşusu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.