Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfonu 8 dəqiqə ərzində tamamilə enerji ilə doldurmaq mümkün olub

Smartfonu 8 dəqiqə ərzində tamamilə enerji ilə doldurmaq mümkün olub

Tarix: 1 Iyun 2021 09:33

Çinin "Xiaomi" şirkəti tərəfindən təqdim edilmiş yeni sürətli enerjidoldurma texnologiyasının köməyilə smartfonu bir neçə dəqiqə ərzində şarj etmək mümkündür.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "HyperCharge" texnologiyası simli və simsiz variantda əlçatandır. 200 vatt gücündə birinci variant 400 milliamper/saat tutumunda akkumulyatora malik smartfonu 8 dəqiqə ərzində 100% enerji ilə doldurmaq qabiliyyətinə malikdir.

 

120 vatt gücündə simsiz variantın iş prosesi "Mi 11 Pro" smartfonunun xüsusi modifikasiyası üzərində nümayiş etdirilib. Telefon 7 dəqiqə ərzində 50%-dək, 15 dəqiqəyə isə 100% enerji ilə şarj edilib.

 

Emil Hüseynov




Etiketlər:  Smartfonu 8 dəqiqə ərzində tamamilə enerji ilə doldurmaq mümkün olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ